Tonqal başında
Yan, tonqalım, ətrafa alovlanıb işıq sal,Gözəl şüarımızdır birlik, internasyonal.Boynumuzda qalstuk alov kimi rəngi al.Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,Salam söyləyir bizə ağ günlərin səhəri.
Bürüyür xoş nəğməmiz dərələri, dağları,Bizik bu zəmanənin bəxtəvər uşaqları.Düşərgədən işıqlat sən də yaşıl bağları.Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,Salam söyləyir bizə ağ günlərin səhəri.
Yan, tonqalım, işığın çatsın uzaq ellərə,Qızıl bir günəş kimi şəfəq saç könüllərə.Zəfər bayrağımız tək adın düşsün dillərə;Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,Salam söyləyir bizə ağ günlərin səhəri.
Cavan keşikçiləri sülhün yandırmış səni,İşıqlar məskənidir azadlığın Vətəni.Sevirik, yurdumuzu bu sevimli şöləni,Dövrəndə söhbət açıb dəstəmizin rəhbəri,Salam söyləyir bizə ağ günlərin səhəri.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-tonqal-basinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir