Dağlar dönər kölgələrə,Qatı zülmət sərə-sərə,Qərib axşam çökər yerəEl demiş — şər qarışanda.

Bulud gedər, şimşək çaxar,Ay da durub qəmli baxar.Yağış kimi ulduz yağarGöylərlə yer qarışanda.

Arzu solar,xəyal olar,Əl çatmayan vüsal olar,Məhəbbətlər sual olarSevgiyə sir qarışanda.

Doğma Xəzər coşub daşar,Dənizdə də həsrət yaşar.İki sahil qucaqlaşarArazla Kür qarışanda.

Mən nə deyim əsrə, vaxta,Özü məhrəm, sözü saxta,Şeytanlar da çıxar taxtaXeyirlə şər qarışanda.

Nəbi, öymə sərtliyini,Mərd göstərər mərdliyini.Zər itirməz zərliyiniTorpaqla zər qarışanda.

26 fevral 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran