Sən gəldin,Zülmətdən gün çıxdı birdən,Nə qədər ecazkar göründü cahan?Səni gözləmişdim ömrüm boyu mən,Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni,yaşıl çəməni,Elə yaxın gəldin, elə uzaqdan!Bəlkə min il əvvəl görmüşdüm səni,Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdimilahi sirlə,Bu nə möcüzədir, bu nə heyrətdir?!Məhəbbət ölçülmür illə, əsrlə,Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu təkyanıb obaşdan,Üfüqlər aşırdın xəyallarımda.Sən hələ dünyaya göz açmamışdan,Küsüb-barışırdın xəyallarımda.

Sən gəldin ömrümünqarlı qışında,Ruhumda ehtiras, ürəyimdə qəm.Cənnət qapısının elçi daşında,Hazırdım min il də səni gözləyəm.

O nəydi?Zülmətdən gün çıxdı birdən,Nə qədər ecazkar göründü cahan!Səni axtarırdım ömrüm boyu mən,Söylə bəs hardaydın sən bu vaxtacan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri