Üfüqdən çəkilsin bulud
Kaş yer sakitləşə,Göy rəhmə gələ,Gör necə çağlayır ömür dənizi!Əvvəl tufan qopar,sonra zəlzələAllah zəlzələdən saxlasın bizi.
Ey insan!Üfüqdən çəkilsin bulud,Qoy günəş parlasın, yollara çıxsan.At şahə qalxandaCilovu bərk tut,Cilovu buraxdın, yıxılacaqsan!
Xoş kəlam ardındaHəqiqət hanı?İnsan da yalanı şərbət tək udur.Kimsə-bütünlükləAzərbaycanıDanabaş kəndinə bərabər tutur.
Rəhmətlə yad edək,Mirzə Cəlili,O, yazdı yandıqca köksündə ürək.Bu gün biz ötərkənÇətin yüz ili,Vətəni bir kəndə oxşar bilməyək.
Tanrım, bağışlama,Günah işləri,Nə qədər çəkilər sınağa ölkə?Çıxsa harınlarınTamah dişləriRahat nəfəs aldı millətim bəlkə!
Ömrüm inamımınsaflıq səsidir,Nəmişə haq sözü nadan daşlayır,Bu gün əyilənlər zəmanəsidir,Yoxsa bağıranlar əsri başlayıb?
Kaş yer sakitləşə,göy rəhmə gələ,Gör necə çağlayır cahan dənizi!Əvvəl tufan qopar,sonra zəlzələ,Allah zəlzələdən qorusun bizi!
12-19 fevral 2000
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-ufuqden-cekilsin-bulud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sevinc dolu söylənc idi Uruyer,Dağ görəndə ürək dönüb dağ olur.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bulud qarşısındaNə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!Nədir ildırımında bu gurultu, bu çaxınc?!