Bəsdi
Cana gəldim bu hicrandan, hicrətdən,Nəhayət, son həddə çatmışam, Bəsdi.Bəsdi. Əl-aman eylərəm səfil dövrandan,O qürbət güzarı atmışam, Bəsdi.
Bəşər deyil, məlakəsən surətdən,Nə incidin, nə usandın firqətdən,Xəyalda görürdüm səni qürbətdən,Gecəni gündüzə qatmışam, Bəsdi.
Əməlimdə var peymana dəlalət,Sən məndən sadiqsən, ey mahi tələt,Yubandım, yanında qaldım xəcalət,Nə dincəlib, nə də yatmışam, Bəsdi.
Ara qəlb evini, aşikar baxın,Sədaqət ləşkəri eylədi axın.Ara uzaq oldu, könülsə yaxın,Sanki günahlara batmışam, Bəsdi.
Alının iqbalı yeyindi, yeyin,Yoxdur qəm-qüssəsi, aləmə deyin.Eşitməyim nazlı yarın gileyin,Dəm alıb qəmləri satmışam, Bəsdi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-besdi-cana-geldim-bu-hicrandan-hicretden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yüzüm bir naristan hicrindən saraldı heyva tək,Dodağın dişlərəm billah, əlimə girsə alma tək.
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
Gözü yolda qalanlarımQürbət elə səpələnib,Gözü yolda qalanlarım,
EtirafSən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.