Yüzüm bir naristan hicrindən saraldı heyva tək,Dodağın dişlərəm billah, əlimə girsə alma tək.

Türünc ğəbğəbin fikrində tiğ arizu birlə,Kəsərmən əlimi qalmış sana heyran Züleyxa tək.

Gözün, ey şux avçudur ki, can quşunu avlar da,Ana kirpiklərün navək kimidür, qaşlarun ya tək.

Gözün şövqindən incə xuni-dil axdı gözümdən kim,Boyandı xirqeyi-zöhdüm, çağırdın badə pala tək.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ölübdür Kişvəri zəhri-fəraq içib, irağ səndən,Qədəm basgil, ona can dodağından Məsiha tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran