Mənim bir dilbərim var kim, yüzi xurşidi-ənvər tək,Dəhanı höqqeyi-mərcandurur, dəndani gövhər tək.

Saçı sünbül, gözü ceyran, yüzi gülgül, xəti reyhan,Rəhü rəftari şirinü ləbü göftari şəkkər tək.

Üzarı ayəti-rəhmət, yanağı laleyi-xodru,Buxağı cənnət alması, tən əndamı mərmər tək.

Xuraman qaməti üstə pərişan kakilin hər yan,Könüllər asılur hər taridən şahi-sənubər tək.Bədəmdillah ki, xublar məclisində ol sərəfrazım,Oturmuş dustlar kamidür ol səddi-Skəndər tək.

Ölüpdür Kişvəri cana, qəribü natəvan, gəlgil,Məzarı üstünə ağla yalançı növhəgərlər tək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri