Durnalar
Durnalar, qatar-qatarYurdumu tərk edəndə,Ərəb torpaqlarınaBizdən qonaq gedəndəHansı gölün suyundanİstəyirsiniz için!Qış fəslində yurdunuzBəsrə, ya Bağdad olsun:Ancaq ki, FüzulininQəbri üstündən keçin;Qoy o nakam şairinRuhu bir az şad olsun.Söyləyin: “Biz gəlmişikXəzərin sahilindən,Həsrətini çəkdiyinAzərbaycan elindən”.Deyin ki, çox andığın
Fərağilə od tutub,Çıraq kimi yandığınAzərbaycan bircə günHeç sənsiz olmayıbdır.Axı dahi adamlarVətənsiz olmayıbdır.Dumalar, qatar-qatar,Bağrım başı od tutar,Bir an yerə salsanızƏgər mənim ricamı.Ən uca qarlı dağlarSizdən ötrü ucamı?Yox, ötün ümmanları,Arxada çöllər qoyun,Aparın töhfəsiniHər şadlığın, hər toyunBəsrə, Bağdad elinə.O şair ki, dərdiniAçdı sabah yelinə –Ona salam aparınDoğma kəndi Boyatdan.Ona müjdə yetirinBizim bu şən həyatdan.Uçun Bağdad elinə,Yolunuzdan qalmayın,Mənim də xahişimiAncaq yerə salmayın!
Bakı, 1960
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-durnalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Körpü vardır ağacdan, körpü var daşdan olur,Körpü vardır mötəbər metallardan qurulur,
Tezmi gələrDayanmışam çəməndə, yolunu gözləyirəm.Sevdiyim qız görəsən tezmi gələr, deyirəm?
GünahkaramQəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə,Səsin qulaqlarıma bir saat gəlməyəndə.
Azarla söhbətProfessor İ.M.Orucova ithaf edirəmGündə bir xəstəlik kəsir yolumu,
Başqa şairlərin şeirləri · Vətən
Soraqçılar soraq verdi: QovurlarDəclə, Fərat qırağından elləri.
TorpağımHamıdan çox torpağıma inanıram,İstəyirəm hər an onu seyrə çıxım,
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
İran qızıQırlarda ney səsiylə başlayır axşam,Dalar maviliklərə saralan əngin.