İçin ana yurdumun ətirli şərbətindən
Dostlar! İçin yurdumun ətirli şərbətindən,Bu adət babalardan bizə miras qalıbdır.Möhtəşəm Nizaminin ölməyən sənətindənMənim həmən şərbətim öz şəhdini alıbdır.
Ona ətrindən verən dağlarımın gülüdür,Füzulinin, Vaqifin şirin, şəkər dilidir.Yaranmışdır bu şərbət azər məhəbbətindən,Bizim böyük Üzeyrin yurdunun nemətindən.
Qız qalası, Bakının əzəmətli şahiniSizə təqdim eləyir həmən bu sürahini.Çobanlar ki, nəğməsi dağ başlarından gəlir,Neftçilər ki, şöhrəti Neft daşlarından gəlir.
Deyirlər nuş eləyin, qardaşlar, için-için,Doğma yurdunuz kimi odlar yurdundan keçin!Yaranmışdır bu şərbət azər məhəbbətindən,Dostlar! İçin yurdumun mənalı şərbətindən.
O da mənim bəxtəvər vətənimin tamıdır,Eşqimizdən alıbdır öz ətrini bu şərbət.Dostluğun, qardaşlığın məna dolu camıdır,Dostlar! İçin, var olsun mehribanlıq, məhəbbət...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-icin-ana-yurdumun-etirli-serbetinden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzəmətli ağacdım, tufan kimi əsdilər,Bir gün məni kəsdilər.
Gül kimi bitməyirsənGözəl qız, nədən mənə etina etməyirsən,Neçin belə soyuqsan quzeydəki qar kimi?
O yanırdıŞair bahar çağındaQapadı gözlərini öz ana torpağında.
Quba yaylağıŞəhərin səs-küylü küçələrindənGəldinmi qoynuna yaşıl bağların?
Başqa şairlərin şeirləri · Vətən
Qollarımı qanırdılar burdular,Ömrüm-günüm, canım-gözüm, anam, oy!..
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Şirvan ki, səfadə min Sifahanə dəgərŞirvan ki, səfadə min Sifahanə dəgər,Hər bir daşı yüz ləli-Bədəxşanə dəgər.