Qubanın bağları çiçək-çiçəkdir,Sevinci bağbanın ümmana bənzər.Ağaclar bol meyvə gətirəcəkdir,Baxdıqca doymuram, salıram nəzər.

Bahar heyran edir yenə insanı,Şaxlarda gül deyil, şeriyyətdi bu.Sanki çıxıb yola çiçək karvanı,Əsla xəyal deyil, həqiqətdi bu.

Hər ağac elə bil ağ xalatlı qız,Təcrübə dərsinə gəlmişdir yenə.Sabahın həkimi hər səbatlı qızBaxır ilk baharın əməllərinə.

O, toy paltarını geymiş gəlindir,Xoş gəlir günlərin həftəsi, ayı.But ər çiçəklərsə öz əməlindir,Çoxu ağ açılır, azı çəhrayı.

Güllü ağacların arasında mənGördüm həyalı bir dağlar qızını.Onun gözlərinin qarasında mənSevdim bir cavanın bəxt ildızını.

Ey Quba bağları, Quba bağları,Sizdə təbiətin nadir rəngi var.Siz ey el bağları, oba bağları,Sizdə şeriyyətin xoş ahəngi var.

Əgər soruşsalar məndən ki, nədirBu göz işlədikcə ağarır ağ-ağ?Deyərəm şeirdir, incə nəğmədirDuyan eşidəcək, görən duyacaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar