Mixəkmidir, hilmidir,Şirin balmı, dilmidir?Lalədən al yanaqmı,Yoxsa qızıl gülmüdür?

Baxça gözəl, bar gözəl;Heyva gözəl, nar gözəlHələ xeyli bəxtiyarGünlərimiz var, gözəl!

Mixəkmidir, xalmıdır?Yaşılmıdır, almıdır?Çəməndə narın gəzənYarmıdır, maralmıdır?

Qoy söyləyim ürəkdən!Yar, gözəlsən çiçəkdən.

Mən səni qısqanıramƏsən mehdən, küləkdən.

Ümidmi, gümanmıdır?İqrarmı, peymanmıdır?Çəməndə ətir saçanGülmüdür, cananmıdır?

Yar, şəkərdir sözlərin,Gül bitirir izlərin.Səhərlərə nur verirSənin ala gözlərin.

Dağlar başı qar deyil,Göy bağçalar xar deyil.Düzləri gülzar edənYarımdır, bahar deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq