Könül verdim
Eşqə düşdüm, könül verdimSiyah zülfü şahmara, mən.Ötdüm şeyda bülbül kimiAşiq oldum bahara mən.
Könül verdim şirin sözə,Ellər keçdim gəzə-gəzə.Ovçu kimi çıxdım düzəÖzüm döndüm şikara mən.
İstər etsin dərdə çara,İstər məni çəksin dara,Könül verdim nazlı yara –O gül üzlü nigara mən...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-konul-verdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir