Xalq havası

Bağda sarmaşıq olar,Yar-yara aşıq olar.Bəs bizim nazlı yarHarda qaldı, gəlmədi?Qaş qaraldı, gəlmədi.

El yeridi dağlara,Yayıldı yaylaqlara,Təkcə mənim şahbazımDərdə saldı, gəlmədi,Şux maraldı, gəlmədi.

Çıxdım bulaq başına,Dedim yar-yoldaşınaCeyranım, tərlanımHarda qaldı, gəlmədi?Səbrim aldı, gəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən