Mənim ağ göyərçinim
Göyərçinim sevimli,Göyərçinim dümağdır.Göyərçinim fərəhləHələ çox uçacaqdır.
Dolanacaq göylərinAydın üfüqlərində;Süzəcəyəm onu mənƏməllər şəhərində.
Bəsləyirəm quşumu,Özüm ona baxıram,Ucalanda göylərəSanki mən də qalxıram.
Sevimli nəğməsininİlk sözü qurtuluşdur;
Sülhüm qardaşı, dostuBəslədiyim bu quşdur.
Dönsün şirin arzularHəqiqətə, çin olsun.Ölkələr üzərindəUçan göyərçin olsun.
Göyərçinim qəşəngdir,Qanadları qırılmaz,Uçar azad göylərinQucağında yorulmaz.
Dolansın göyərçinimGöylərin üst qatını,Ötsün həyatlarındaEllərin həyatını.
Tükləri pambıq kimiYumşaq göyərçinim;Yaşa azad ölkədə,Mənim ağ göyərçinim!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-menim-ag-goyercinim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azad bir insanındır, nə fərqi var kimindir.Yatır eyvanda körpə, qədim asma beşikdə
BalıqçıDəniz qırağında var yastı daxma...Gəl, ona məhrəm ol, biganə baxma!
XarratTəzə bina tikdirib Təbrizdə ərbab yenə...Bu ev tənələr vurur şəhərin evlərinə.
BarışmayırsanTəbriz...Hava qaralır,