Bir gündə, bir saatda
Oğlan qıza söylədi: “Tanışıq biz, üç ay var.Bu xam torpaqlarda da yaşayırıq bəxtiyar.Bir sualım var sənə:Nə zaman, nə vaxt mənəMehribanım, əzizim, ərim söyləyəcəksən?”Qız, ilk baharın sühüb gələcək yollarını,Bir də yeni əkilmiş qızılgül kollarınıDedi: “Bağça-bağından,Qızıl gül budağındanO zaman ki, sənə gül dərim, söyləyəcəksən”.Şoferdir bizim oğlan, aldımı bir təyinatYetirərdi yerinə tapşırığı o saat.Tez başa çatdırardı üzügülər, sürətlə.Nəğməylə qət edərdi daim iş yollarını.Ancaq o gündən bəri şofer oğlan həsrətləSeyr eləyir həyətdə qızılgül kollarını.Qız, ona gələcəkdir qızılgül açılanda.Meh əsdikcə ətrafa ətirlər saçılanda.İndi seyr elədikcəOna elə gəlirdi:Qızıl gül budaqlarıÇox ağır dirçəlirdi...Ah, bu oğlan necə də istəyərdi həyatdaQızıl gül açılaydı bir gündə, bir saatda.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-bir-gunde-bir-saatda
← → düymələri ilə keçid, R — təsadüfi şeir