Top atılır
Top atılır, fişəng yanır;Sarı, yaşıl, al-qırmızıİşıq saçır, qəşəng yanır.Xəbər verir insanların sevdasından,Arzu, əməl dünyasından.Səadətdən xəbər verib, könülləri sevindirir,Ağ günlərdən söhbət açıb insanları o dindirir.Bir zamanlar top səsləriSarsıdardı göyü, yeri.Şəhərləri uçurardı, kül elərdi zəmiləri,Bol sünbüllər biçilməmiş.Körpüləri dağıdardı üzərindən keçilməmiş,Dənizlərdə batırardı, məhv edərdi gəmiləri.Mərmi düşüb alov saldı neçə-neçə xanimana,
Tək balası qucağında gözlərini yumdu ana.Nişanlısı döyüşlərdə ölən qızlar kor oldular,Mərmi düşdü, göy çəmənlər insan üçün gor oldular.Cavanların, qocaların qıçı getdi, qolu getdi,Öldü insan övladları, qəlbi arzu dolu getdi.Top atılır, xəbər verir: qanlı günlər uzaqdadır,İndi zəfər nəğmələri milyon-milyon dodaqdadır.Car çəkilir: insan oğlu əbədilik geyinsin al.Gülür sevgi, gülür əməl, gülür dilək, arzu, amal.Fişəng bizə xəbər verir toplar daha dinməyəcək.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-top-atilir
← → düymələri ilə keçid, R — təsadüfi şeir