Dərk edəndə dərindənBu amansız ölümü,amansız saatı,Axdı dodaqlarımdanÜrəyimi yandıranlayla, ağı, bayatı.Tutdum, laylaya tutdum,səkkiz əsrə sığmayanSəksən illik bir ömrü,səksən illik həyatı.

Dilbərim, sonam ağlar,Ev uçar, xanam ağlar,Səksən yaşlı oğulaYüz yaşlı anam ağlar.

Şam söndü, şöləsi yox,Gözümün giləsi yox,O qədər dərd görmüşük,Dərd olar, beləsi yox.

Bağ barına qovuşdu,Dağ qarına qovuşdu,Axır ki, xiyabandaYar yarına qovuşdu.

Çiçəksən, zərin gəldi,Anasan, ərin gəldi,Oyan, Zərifə xanım,Gəldi, Heydərin gəldi.

Saçda dən ağlamadın,Gözdə çən ağlamadın,Ona hamı ağladı,Təkcə sən ağlamadın.

Sən də bu axına gəl,Qılınca dön, qına gəl,Uzaqda dayanmısan,Gəl, bir az yaxına gəl.

Dağ layla, dərə layla,Xanıma, ərə layla,Öz dilində layla çal,Layla Heydərə, layla.

Saz qırıldı, sim qaldı,Görən bizə kim qaldı?Millətin dərdinə bax,Nə yerdə yetim qaldı.

Barxana yüklənməsin,Saz bəmə köklənməsin,Qoruyun tək oğulu,Meydanda təklənməsin.

Qanadsız quşum, haray,Dağılan huşum, haray,Necoldu bağbanımız,Bu torpaq, bu şum, harayl

Paşam, gəl, ay paşam, gəl,Qarlı dağlar aşam, gəl,Taxtım-tacım bəzənib,Qurulub tamaşam, gəl.

Qara bir bulud gəldi,Buludda sükut gəldi,Endi dağ çiyinlərə,Göydən bir tabut gəldi.

Ay getdi yatan yerə,Gün getdi batan yerə,Nur yağdırdı mələklər,Sorağın çatan yerə.

Saldılar güldən izi,Getməz könüldən izi,Oldu məzarın üstüGül dağı, gül dənizi.

Xal-xal açar,Yaralar xal-xal açar,Sənə duadan ötrüGöylərə xalq əl açar.

Üzük qaşsız qalmasın,Divar daşsız qalmasın,İgid elsiz, arxasız,Ölkə başsız qalmasın.

Sinəsi yara dağlar,Bağrı min para dağlar,Təpələr yerindədir,Yıxıldı qara dağlar.

Nə saydı,Çox nəhs gündü, nəhs aydı,Mən nə saymaq istədim,Gör bir fələk nə saydı?

Ellərin mərd atasıFələklə nərd atası,Dərdimizi çox çəkib,Dərd oğlu, dərd atası.

Nisgil eynində gedir,Kəfən əynində gedir,Ellərə çiyin verənElin çiynində gedir.

Yağı yağ eylər, gedər,Dağı dağ eylər, gedər,Xəbər qara gələndəRəngi ağ eylər, gedər.

Ər gəlsin, ərən gəlsin,Qəm gülü dərən gəlsin,Bu dərdi çəkəmmirəm,Çiynini verən gəlsin.

Odu baxışda gedir,Gülü naxışda gedir,Dünyaya yazda gələnDünyadan qışda gedir.

Əridi bu şam, haray,İçildi bu cam, haray,Köməksiz elim-günüm,Arxasız arxam, harayl

Ovçuya, ova neylim,Çaxmağa, qova neylim,Şaxıyan ildırıma,Qalxan alova neylim?

Baxtı qar, şaxta canım,Daş canım, taxta canım,Necə dözdü, dayandı,Qaldı bu vaxta canım?

Cövhərə can yaraşır,İgidə şan yaraşır,Sənə ağı yaraşmır,Sənə dastan yaraşırl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri