Niyə tez soldu deyirsən,Çiçək özbaşınadımı?Bu yeli bir əsdirən var,Külək özbaşınadımı?

İçindədi hisin-pasın,Ovcundadı dərdin, yasın.Könül necə ağrımasın,Ürək özbaşınadımı?

Ağrı nədir, candan soruş,Zəhər nədir, qandan soruş,Soruş, Zəlimxandan soruş,Görək, özbaşınadımı?

2001, 14 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri