Aydın üfüqlərə bax, durul, dedi
Nəyi istəyirsən, hər şeyi verdi,Dünyaya baxmağa göz verdi Allah.Bizim əlimizdə qələm işlədi,Bizim dilimizdə söz verdi Allah.
Ocaq bir yerimiz, su bir yerimiz,Bu dağlar, bu daşlar səbir yerimiz.Öləndə hazırdı qəbir yerimiz,Kəfənə bükməyə bez verdi Allah.
Nəfsə, iştahaya olma qul, – dedi,Nəfs edər adamı qara qul, – dedi.Aydın üfüqlərə bax, durul, – dedi,Nur verdi, od verdi, göz verdi Allah.
Köhlən havalandı, meydan dar oldu,Bəzən baharda da yağan qar oldu.Bir az gəncliyimiz tezbazar oldu,Bir az ağrıları tez verdi Allah.
Meydan əllinin yox, yüzün olaydı,Uzun yaşamağa izin olaydı.Ömrümüz bir az da uzun olaydı,Heyif ki, möhləti az verdi Allah.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-aydin-ufuqlere-bax-durul-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heç vaxt axar sular durğun olmadı,Alovlu ürəklər yorğun olmadı.
GörümUzat ömrümüzü arzular qədər,Gözəlim, hüsnünü daim şən görüm.
Nə bəlalı karvan oldum, dərd aparmaq peşəm olduNə bəlalı karvan oldum, dərd aparmaq peşəm oldu,Hansı səmtə seyrə çıxdım, yoldaşım yolda qəm oldu.
Arzu-istəkMən dağ istəyirəm, başı qarlı dağ,Mənə daş yığını, təpə verməyin.