Gəz ki, gəzəsən
İtən gəncliyini gəz ki, gəzəsən,Tapılmaz, qardaşım, vallah, tapılmaz.
O elə həsrətdi, sal qaya kimi,Çapılmaz, qardaşım, vallah, çapılmaz.
Ürək bir dağılmış saraya bənzər,Yapılmaz, qardaşım, vallah, yapılmaz.
Ölümün gözündən sapmaq istəsən,Sapılmaz, qardaşım, vallah, sapılmaz.
2000, 3 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gez-ki-gezesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Öp
Könül, Məcnun kimi yayın dağlara,Əyil, bu lalənin budağmdan öp!
GörəndəKönül cavanlaşır əlli sinində,Sevgili alagöz yarı görəndə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi