“Yarəb, bu uğursuz gecənin yoxmu sabahı?”M.A.Ərsoy

Əgər inamın öldüsə,bu həyatdan əlini çək,İnam öldü, iman öldü,demək, həqiqətin öldü.

Çəkməyə bir nəfəs yoxsa,uçmağa bir həvəs yoxsa,Yerə, göyə, sonsuzluğamarağın, heyrətin öldü.

Qaynamasa damarda qan,hər ağrıya yanmasa,Demək, dosta məhəbbətin,düşmənə nifrətin öldü.

Arzu, ümid, fikir, xəyal,uçan qollar, qanadlar,Qolun yoxsa, yolun yoxdu,gücün, cəsarətin öldü.

Diri-diri ölənlərçünnə görüş var, nə ayrılıq,Yad-doğma yox səndən ötrü,Vətənin, qürbətin öldü.

Molla çağır, Quran oxut,versin sənin “Fatihə”ni,Ölü gəldin, ölü getdin,hünərin, qeyrətin öldü.

Ey inamı ölən kimsə,könüllü get qəbristana,Çünki səndən çox-çox əvvəlruhun, qətiyyətin öldü.

2006, yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm