Ölüm axır deyil, ölüm son deyil,Ağlayan çöhrələr, güləcəksiniz.Quru yaylıqları gözlərə çəkib,Nəmli kirpikləri siləcəksiniz.

Əsib səhralarda yel qanadında,Axıb dərələrdə sel qanadında,Çiçək yarpağında, gül qanadındaYenidən dünyaya gələcəksiniz.

Dərdiniz, yükünüz, hicranınız var,Köçhaköç vaxtınız, hicr anınız var.Allahın verdiyi bir canınız var,Onu da torpaqla böləcəksiniz.

2006, yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran