Ey əsli olmayan kəs,duya bilməzsən məni,Soyda, kökdə, özüldə,əsildəyəm, zatdayam.

Məndə məni görməyəsəndə bir mənlik gərək,Oğulsan çıx yanıma,gör mən hansı qatdayam.

Keçmişdə köküm yaşar,gələcəkdə budağım,Hər ötən saniyədə,hər gələn saatdayam.

Məni insan yaradanAllahıma min şükür,“Quran”a, “İncil”ə bax,“Zəbur”da, “Tövrat”dayam.

Sürünənlə uçanınyer, göy qədər fərqi var,Məni ayaqda gəzmə,mən qolda-qanaddayam.

Adəmdən, Nuhdan bəriyolçusuyam yolların,Şər özünü yormasın,Haqqa çataçatdayam.

Səhraların qumuyam,dəryaların damlası,Yerdə mənəm, göydə mən,sonsuz Kainatdayam.

Gün kimi doğulanlarqarışır şəfəqlərə,Rəngimi solğun görübsanma batabatdayam.

Canım qara torpağın,nəfəsim göylərindi,Qəbirdə yatsam belə,həmişə həyatdayam.

2003, 2 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri