Qoca bağban, çağır məni,Kotan eylə şum yerinə.Ələ, keçir ələyindən,Daş yerinə, qum yerinə.

Ərişinə arğac olum,Yaylağına yamac olum,Bar gətirən ağac olum,Səpələnim tum yerinə.

Yağış — Əsli, torpaq — Kərəm,Çiçəklənsin dağım-dərəm.Qara daşı göyərdərəm,Səp məni toxum yerinə.

2003, yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar