El gözəli, mən deyəni desəydin,Meylimi xoş diləklərə verərdim.Nə eşqimi sovurardım göylərə,Nə vaxtımı küləklərə verərdim.

Ağlamazdım boz dumanlı göy kimi,Qəm üstünə şığımazdım ley kimi.Nə könlümü sızladardım ney kimi,Nə yanğımı küləklərə verərdim.

Məhəbbəti, varı saydım dünyanın,Gözəlləri, yarı saydım dünyanın.Sevgisindən yarısaydım dünyanın,Hökmü yenə fələklərə verərdim.

1978, 16 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq