Dərdimi
Açdım ürəyimi ürəksizlərə,Qoydular söhbətə, sözə dərdimi.Daddım ləzzətini, bildim işimi,Heç kimə demədim təzə dərdimi.
Anlamaz yanında qaraldı qanım,Gülmədi üzümə axşamım, danım.Gördüm, söyləməsəm yanacaq canım,Söylədim ocağa, közə dərdimi.
Zəlimxan biləndi bəmin qədrini,Söhbətin qədrini, dəmin qədrini.Nanəcib bilməyə qəmin qədrini,Qorxuram gətirə gözə dərdimi.
1973, 30 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derdimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qara qorxu
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.