Dodaqdəyməz gəraylı
Tərlan təki seyrə çıxar,Qarlı dağlar aşar xəyal!Gah dediyi yerdə gəzər,Gah yerini çaşar xəyal!
Qardaşıdı qeyrətlə ar,Qara saça yağdırar qar.Şəlalədi, işıq saçar,Dəli seldi, daşar, xəyal!
Şirin candı can içində,Eşq əhlisən, yan içində.Ərzi gəzər an içində,İnsan ilə yaşar, xəyal!
1973, 8 noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dodaqdeymez-gerayli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sən, Rəfiq, ən ulu sevdaya düşənlərdənsən
Sən, Rəfiq, ən ulu sevdaya düşənlərdənsən,Ulus uğrunda qələmlə döyüşənlərdənsən.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,