Xatırlayarsan
Unut mənim kimi unudulmazı,Dağlara baxanda xatırlayarsan.Məni bu intizar, səni bu həsrət,Yandırıb-yaxanda xatırlayarsan.
Taparsan təzədən itən ömrümü,Səninlə böldüyüm o tən ömrümü.Keçən günlərimi, ötən ömrümü,Buludlar axanda xatırlayarsan.
Yağdır başım üstə, yağdır arını,Poz mənim ömrümün naxışlarını.Şairin qəzəbli baxışlarını,Şimşəklər çaxanda xatırlayarsan.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xatirlayarsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yuvadı, məskəndi dərdə, sevincə,Görünər kitabtək oxunan olsa.
DilMənim doğma Azərbaycan dilimdir,Alov dili, atəş dili, köz dili.
Etibar olarmı özgə dağlaraEtibar olarmı özgə dağlara,Söykənmək istəsən, öz dağın ola.
Güldürər üzünü yar, yar olandaGüldürər üzünü yar, yar olanda,Dili şəkər eylər, sözü qənd eylər.
Başqa şairlərin şeirləri · Hicran
Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Gözlərin sözlüyüISənə min göz baxıb, alışa-yana…
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.