Yaxına gəl, yaxına
Hansı toydan gəlirsən,Ay toyum, ay bayramım.O ağlı, qırmızılıOvcundadır ilhamım.Ya qəlbimin qanıdır,Əlindəki, ya xına,Yaxınlardan yaxınım,Yaxına gəl, yaxına.
Sən mənim həyatıma,Nə yadsan, nə gəlməsən.Dodağımda şirin söz,Dilimdə xoş kəlməsən.Hey baxmaq istəyirəm,O boya, o buxuna,Elə uzaq dayanma,Yaxına gəl, yaxına.
Görünmək istəməsənGözlərimə gizlərəm.Sözlə yox, ürəyiminOduyla əzizlərəm.Qıymaram o gözlərəYad baxışı toxuna.Ömürlük səadətim,Yaxına gəl, yaxına.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaxina-gel-yaxina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir vaxt gözəl Göyçənin gözəl günləri vardı,Çal-çağırı, şadlığı, toy-düyünləri vardı.
Qanlı tarixDurdu gözüm önündəYenə qanlı tarixin qanlı faciələri.
Çəkilməz dərdQazan altda köz qoydular, ocaq çatdılar,Bu qazanı qaynatdılar daşana qədər.
Doğma yurddan birdəfəlik ayrılandaÜrəyinə bir xal düşür, ləkə düşür,Baxışına bulud enir, kölgə düşür.
Başqa şairlərin şeirləri
Məqsəd üzündür, aşiqə cənnət bəhanədir,Ləlin yanında çeşmeyi-kövsər fəsanədir.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Molla Cümə ilə Aşıq Donunun deyişməsiGünlərin birində erməni aşığı Aşıq Donu (Aşıq Donu ŞəkininDaşbulaq kəndindən olub) Molla Cumagilə gəlir. Allah verəndən