Əzizlənə
Tez gəlib çıxasan, bəzənə dünya,Eşqinlə açılan gül əzizlənə.Mehriban danışan, şirin dillənən,Sözümə bal qatan dil əzizlənə.
Bağlana varlığın yurda, həyata,Arzular yetişib mənzilə çata.Sevincin könlündə gur ocaq çata,Köz dəmə düşəndə kül əzizlənə.
Öz əlin yoğura, öz əlin yapa,Düşə qaydasına iynədən sapa.Görüşə gəldiyin gün şöhrət tapa,Ay bəxtəvər ola, il əzizlənə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ezizlene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Vaxtından öncəBir eldə yox deyil yaman insan, Zəka, əvət!Hər ölkə yaxşı insanı rəğbətlə qarşılar.
Səni sevdim ki...Mən səni sevəndə yaz havasıydı,neyləyim, taleyin gözü tökülsün.
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir