Durdu gözüm önündəYenə qanlı tarixin qanlı faciələri.Arxaya boylananda xatırladım nələri...Unudarmı nəsillər,18-ci ilin qar-boranlı qışını,Məkrli düşmənlərin kin dolu baxışını.Göyçəli Səməd ağa, yanında aşıq Nəcəf,Qanı dayandırmağı özünə sayıb şərəf.Qışın oğlan çağında,Dostun da, düşmənin də gözünün qabağında,Barışmağa gedirlər,Erməni Ağacanın qan çanağı evinə.Gərək elə çıxalar bu söhbətin içindən,Nə dostlar qan ağlaya, nə düşmənlər sevinə!Arxadan səslər gəlir,Getmə ay Səməd ağa, səni öldürəcəklər!Getmə Ay aşıq Nəcəf, səni öldürəcəklər!Ürəkləri göynədir sızıltılar, ağılar,Getmə deyir analar, getmə deyir bacılar.Sizsiz nə qiyməti var bu obanın, bu elin,Getmə deyir oğullar, getmə deyir qız, gəlin.Yurdunun, yuvasının sitəmini görən kəs,Ölümün üstə belə “getmirəm” deyə bilməz!Getməmək olardımı el güdaza gedəndə,Doğmaların qəlbini qasırğalar didəndə!Ona qıymaq olarmı, haşa, ölümdən haşa,Gedirdi aşıq Nəcəf, boy-buxunu tamaşa.Heç ölüm gələrdimi xəyalına, ağlına,Heç qıymaq olardımı elin gözəl oğluna.Səs Allah vergisiydi, avaz Allah vergisi,Yazılmışdı bəxtinə Allahın şah vergisi!Yerişi yerə şöhrət, baxışı göyə şöhrət,Gedirdi aşıq Nəcəf! Göyçənin göyçək oğlu,Çal-çağırı, çalğısı kamana, neyə şöhrət!

Təzətər çiçək oğlu!Ocaq oğlu, pir oğlu!Məclislərin şir oğlu!Arxadan səs gəlirdi – səni öldürəcəklər!Yoldan, izdən, cığırdan,Qayadan səs gəlirdi – səni öldürəcəklər!Səslərin vahiməsi ona əzab verirdi,Pıçıltıyla dillənib səsə cavab verirdi.Yox! Məni öldürməyə heç kəsin əli gəlməz,Sənətkarı susdurub, sənəti öldürələr,Heç bir zaman dünyaya belə bir dəli gəlməz!Ancaq o bilmirdi ki,Heç kəsi bağışlamır düşmən qəddar olanda,Nalələr eşidilmir, qulaqlar kar olanda!Görən gözü kor olur,İnsanların çəkdiyi amana, aha baxmır,Başının üstündəki böyük Allaha baxmır!Elə bilir dünyada,Yaradan da özüdür, öldürən də özüdür,Ağladan da özüdür, güldürən də özüdür.Öz gözündə fil olur, özgəni milçək sanır,Özünü Allah bilir, yer üzündə tək sanır.Düşünür öz-özünə:Məndən sonra da mənəm, məndənəvvəl də mənəm,Düşünən baş-beyin də, yaradan əl də mənəm!Dil yoxdu bu dünyada, mənim dilimdən özgə,El yoxdu bu dünyada, mənim elimdən özgə!Adəm mənim yanımda lap dünənki uşaqdır,Həvva qədimliyindən danışmasa nahaqdır!Qəlbindən keçənlərə,Şübhə də var, inam da,Öz-özünə düşünür: mən nə dedimsə haqdır!

“Yan!” – deyib yandırdılar,“Sın!” – deyib sındırdılar,Samovar bağladılar Nəcəfin kürəyinə,Dağ çəkdilər bülbülün ruhuna, ürəyinə!Şırıl-şırıl axdı su,Yandırdı su, yaxdı su!Samovar cızıldadı köz üstə kabab kimi,Dünya əzab görməyib,Mənim xalqım çəkdiyi dərd kimi, əzab kimi!Bu qaynar sudan betər,Düşmənin baxışları aşığı yandırırdı,Rəzilliyin dəhşəti ağanı dondurubdu.

Ovu vaxtında vurdu, keçirmədi bərədən,Yağılar ləzzət aldı bu qanlı mənzərədən.Yandıran şirin-şirin,Yanana baxa-baxa aşıq, oxu deyirdi,Sənin payına düşsün dərdin çoxu, deyirdi.İliyinə, qanına od yeriyə-yeriyə,Qan tökülə-tökülə, piy əriyə-əriyə.Oxudu aşıq Nəcəf!Amma yaman oxudu!Yaralı durna kimi,Dağda duman oxudu!Oxudu aşıq Nəcəf, oddan, közdən oxudu,Hər nəyi oxudusa, ancaq bizdən oxudu!Yerə-göyə sığmayan dərdimizdən oxudu!

Ay amandı,Xalların nə yamandı.Namərd mərdə güc gəlir,Qoymayın, ay amandı!

Nə bağışlar,Dost dosta nə bağışlar.Başım cəllad əlində,Nə kəsər, nə bağışlar.

Məni bu dərddə qoyma,Yurdu namərdə qoyma,Varsansa ulu Tanrı,Qanımı yerdə qoyma!

Əzizinəm, odumu?Dağdan gələn odumu?Su od söndürən olur,Su yandırdı odumu.

Əzizinəm, yüz yalvar,Əlli bələn, yüz yal var.Namərd imdada yetməz,Tut ətəyin, yüz yalvar!

Qala yerdə,Bürc yerdə, qala yerdə.Qorxuram qərib öləm,Cənazəm qala yerdə.

Göyçəli Səməd ağa,Dözəmmədi bu zülmə, dözəmmədi bu dağa!Dözəmmədi aşığın bu yanıqlı səsinə,Dözəmmədi düşmənin bu qəfil zərbəsinə.Ağa heç gözləmirdi,Qarşısında dayanan bu qədər qansız ola,Allahını unuda, dinsiz, imansız ola.Ağanı da vurdular,Ruhunu təhqir edib, qəlbini susdurdular!Axır ki, üzə çıxdı müxənnətin paxırı,Bu da barışıq günü, bu da işin axırı!O zamandan Göyçənin dərdi birə on oldu,Axırına çıxdılar, axır oldu, son oldu!

Qaya-qaya yardılar!Damar-damar qırdılar!

Qurtum-qurtum sordular!Yorta-yorta yordular!Xıncım-xıncım əzdilər!Qıyma-qıyma kəsdilər!Loxma-loxma uddular!Qarış-qarış tutdular!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri