İllər yaman dəyişdi
Bir vaxt gözəl Göyçənin gözəl günləri vardı,Çal-çağırı, şadlığı, toy-düyünləri vardı.Dəliqanlı igidlər köhlənlər çapardılar,Qayalar sinəsində xəzinə tapardılar.Çinarboylu oğullar gözəllər seçərdilər,könüllər yapardılar!Ürək təmiz, könül saf, baxış büllur olardı,Təbiət başdan-başa alışan nur olardı.Çalınardı zurnalar, səslənərdi “cəngi”lər,Səslənərdi ayaqda gümüşü üzəngilər!Kişilər bir-birinin əlini sıxardılar,Gümüş qaşlı yəhərdə,Qızıl yallı kəhərdə,Sərin mehli səhərdə,Düzləri meydan seçib yarışa çıxardılar!Yarışda bilinərdi,Kiminki Qırat oldu,Kiminki Dürat oldu.Kiminki mağmın, fağır,Kiminki kür at oldu.Mənzilə tez çatanın yetişərdi nəməri,Bağlanardı belinə xoşbəxtliyin kəməri!Məclislərin sirdaşı “İrəvan çuxuru”ydu,“Göyçə gülü” havası baxışların nuruydu!Göyçənin öz nağılı, öz dastanı varıydı,Hər havanın ruhunda elin canı varıydı.Göyçənin öz havası, öz laylası varıydı,Xeyri, şəri, bayramı, toyu, yası varıydı!Obaların hamısı doğma, yaxın, dost, tanış,Zod, Ağkilsə, Ağbulaq, Cil, Babacan, Ardanış!Neçə-neçə kənd adı – saymağa yox ehtiyac,Sazlı-sözlü bir diyar, şöhrətdən başında tac!Burda meydan açanın gücü torpaqdan gəlib,Sazını çalanın da,Sözünü qoşanın da,Döyüşlər meydanında qaynayıb coşanın da,Səsi, eşqi, vergisi taledən, haqdan gəlib!Bir vaxt gözəl Göyçənin gözəl də günü vardı,Çal-çağırı, şadlığı, toyu, düyünü vardı.Onda bulanmamışdı, sular hələ duruydu,Göz yaşı tanımırdı, yanaqlar qupquruydu.Saçlara sığal çəkən xoşbəxtliyin əliydi,Könüllər havalıydı, dodaqlar nəğməliydi!Hələ çevrilməmişdi İrəvan Yerevana,Hələ çevrilməmişdi Göyçə gölü Sevana!Hələ ki, Basarkeçər Vardenis olmamışdı,Düz tərsinə çevrilib, yaxşı pis olmamışdı!
Torpağın halal qızı, halal oğlu varıydı,Onda Gümrü varıydı, Calaloğlu varıydı!Neçə kəndin, şəhərin,Neçə çayın, çeşmənin,Sehrli mənzərənin adı dəyişməmişdi,Ətri, rəngi, şirəsi, dadı dəyişməmişdi.Zaman verdi hökmünü, illər yaman dəyişdi,Sözünü, söhbətini dillər yaman dəyişdi.Döndü kin yuvasına, gözlər yaman dəyişdi,Dişlər yaman qıcandı, üzlər yaman dəyişdi!Adam vaxtı dəyişdi, vaxt adamı dəyişdi,Kəsilən çörəklərin dadı-tamı dəyişdi.Ürəklərdə sevgilər nifrətə, kinə döndü,Çevirdilər taxtını, dünya tərsinə döndü!Yandıranlar sevinib, yananlar ah çəkirdi,Qonşu öz qonşusunun üstə silah çəkirdi.Soyuqlaşdı salamlar, əllər yaman dəyişdi,Dəyişdi öz səmtini, sellər yaman dəyişdi.Pay verib pay alanlar sanki peşman oldu,Aralığa qan düşdü, ortalıqda qan oldu.Eşidənlər çox olub fəryadını, səsini,Zodlu usta Abdulla,Bəlkə, o zaman qoşub bu qəmli nəğməsini:
“Yandım, yetirən olmadı,Mətləb bitirən olmadı.Öldüm, götürən olmadı,Qaldım ağlar arasında!”
Bu ahı, bu naləni,Əsən qəmli küləklər dağa-daşa çatdırıb.Yazıq kişi ağlayıb,Bu dərdlərin içində ömrü başa çatdırıb!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-iller-yaman-deyisdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arxaya çəkilsən, arxa – uçurum,Kənara dayansan, kənar – ölümdü.
ŞeirimHaqqın var baş olub, başda durmağa,Qaldır məmləkəti ayağa, şeirim!
Çıxış edir Xəlil RzaŞəhid oğulun yasında şair atanın çıxışı*Xəlil Rzanı sağlığında ölməz elədi. Qanla yazılan*
Sən qalib gələcəksənAddımbaşı ölümlə çarpışan şirim mənim,Ölümsüzüm, ölməzim, əbədi dirim mənim,
Başqa şairlərin şeirləri
Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
صبا به شوق، در ایوان شهریار آمدکه خیز و سر به در از دخمه کن، بهار آمد
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım