Məni bu imtahandansağ-salamat çıxardanƏllərin sayasınaməndən salamlar olsun.Göyə açılan əllərboşuna açılmadı,Dillərin duasınaməndən salamlar olsun.

Başına dolandığımcığırların, izlərin,Çiçəyini dərdiyimdərələrin, düzlərin,Yollarıma boylanıbmənə baxan gözlərin,Nuruna, ziyasınaməndən salamlar olsun.

Bir əldə istisi varyüz baxışın, yüz əlin,Vurğunuyam əzəldənköz baxışın, köz əlin.Toyuna çatmadığımmənsiz köçən gözəlin,Abrına, həyasınaməndən salamlar olsun.

Məhəbbətin gücüdüryeri göyə bağlayan,Ancaq Allah eşqidikönüllərdə çağlayan.

Məni yuxuda görüb,ayılanda ağlayan,Qızların röyasınaməndən salamlar olsun.

Süfrələrin başındaadıma yanan şamın,Sağlığıma içiləndolu badənin, camın.Məndən deyən aşığın,məni çəkən rəssamın,Rənginə, boyasınaməndən salamlar olsun.

Boylandım arxasıncauçub gedən quşların,Heyranıyam heyranı,yaz çiçəyin, qış qarın.Şahdağının, Kəpəzin,Savalanın, Qoşqarın,Daşına, qayasınaməndən salamlar olsun.

Həsrət dizə çökdürərolsan da məğrur, mətin,O anamdı, anadanuzağa düşmək çətin.Azərbaycan adlananulu bir məmləkətin,Tükənməz mayasınaməndən salamlar olsun.

Almaniya, Münhenürək xəstəxanası, 2008, 12 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri