Gördünüz ağır xəstəyəm,Tamam axır nəfəsdəyəm,Fikirləşib qəm yeməyin,“Həkim çağırın” deməyin.Verə bilməz təbib şəfa,Qat-qat artar cövrü-cəfa.Başqadı dərmanım mənim,Çıxmamışkən canım mənim,Saz gətirin, tar gətirin,Könlümə bahar gətirin.Ruh oynadan Habil hanı,Deyin çalsın kamançanı.Ədalət sazı dindirsin,Ürəyimi sevindirsin.Vaqifimdən gözəl deyin,Vahidimdən qəzəl deyin.Aradabir, hərdən-hərdənDeyin gəlsin Ələsgərdən.“Ala gözlərin görəndə,Alışıram, yanıram mən”.Vurğunu gətirin yada,Mən vurğunam o ustada.“Dağlar”ından qüdrət alım,Hər şerindən qüvvət alım.Ürəkdən çıxsın dərdi-qəm,Ondan sonra heç ölmərəm!1969, 11 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri