Dil
Mənim doğma Azərbaycan dilimdir,Alov dili, atəş dili, köz dili.Şöhrətimi fələklərə qaldırıb,Nəsiminin haqq ürəyi, düz dili.
Öz Kürüm var, milyon dənə Nil olsa,Öz gülüm var, dünya dolu gül olsa.Ulduzların sayı qədər dil olsa,Bir dünyadı hər insana öz dili.
Onsuz coşub çağlamaram, dolmaram,Onunlayam, heç bir zaman solmaram.Zəlimxanam, iki dilli olmaram,Bir dil ilə danışaram yüz dili.
1974, 12 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biz niyə can deyib, can eşitmirik,Biz niyə qaçırıq bir-birimizdən.
GətirəcəksənKönül, nə yanırsan, nə yandırırsan,Xalqı bir yönəmi gətirəcəksən?
Rahat ölümBu gün bir xəstə gördüm, xəstəlik, nə xəstəlik,İynələrin ucunda bədəni dəlik-dəlik.
Artıq adamMalsan mələ, atsan kişnə, itsən hür,Yox olmağın, var olmağın bilinsin.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
İbtida əlifdən dərsim alanda,“Əlif’dən oxuyub gəldim ya “dal”a.
DağlarBahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.
SevgilərSevgi vardır ki, dodaqlarda açar güllərini,Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,