Gətirəcəksən
Könül, nə yanırsan, nə yandırırsan,Xalqı bir yönəmi gətirəcəksən?Dilsiz qayaları, səssiz daşları,Səsəmi, ünəmi gətirəcəksən?
Aldılar əlindən yağlı, yavanı,Çəkdilər canından suyu, havanı.Yerinə qaytarıb yurdu, yuvanı,Dağlara binəmi gətirəcəksən?
Nə ad düşündürür, nə san milləti,Çoxalır asdıran, asan milləti.Qayğılar başından basan milləti,Kölgədən günəmi gətirəcəksən?
Yaşadın dərd yeyib, qəm uda-uda,Çağırdın, dadına çatmadı xuda.Yağışsız buludda, axarsız suda,Sünbülü dənəmi gətirəcəksən?
Ürək min parçadı, könül min para,Qarışıb, seçilmir ağ ilə qara,Allahdan danışıb allahsızlara,Dinsizi dinəmi gətirəcəksən?
Bir dərdin həyatda min yazarı var,Dünyanın nə behi, nə bazarı var.Taleyin nə qədər dərd-azarı var,Yığışıb mənəmi gətirəcəksən?
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-getireceksen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Səhradakı qum dənəsi sal qayadan nişanədirElə bir kimsə yoxdur ki, onun üstündəbir gözətçi (mələk) olmasınl
Allahım, özün məni günahlardan təmizləNəfsini (günahlardan) təmizləyənmütləq nicat tapacaqdır!
Möcüzələr dövrünə o bir möcüzə gəldiEy kitab əhlil Peyğəmbərlərin ardı-arasıkəsildiyi bir dövrdə: “Bizə nə bir (cənnətlə)
Başqa şairlərin şeirləri · İlahi eşq
Roma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,
آنچه مطلوب دل و جان است ابا جان و دلستلیکن از خود جان آنکه بیخبر بد غافل است
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var