Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər
(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və yabol nemət, yaxud Quran, peyğəmbərlik)bəxş etdikl(“əl-Kövsər” surəsi, 1-ci ayə)
Şirin, dərin yuxudaydım,sevgi dolu cam verdilər,Dedim, hər yer qaranlıqdı,yandırmağa şam verdilər.
Hər sözümə, söhbətiməbir şirinlik qatmaq üçünYaradanın süfrəsindəndad verdilər, tam verdilər.
“Al, bu qələm, bu da kağız,Peyğəmbərə üz tutl” deyib,Tükənməz bir həyat eşqi,sönməz bir inam verdilər.
Göy üzünün nemətləriyer üzünə paylanandaPeyğəmbərə uca vəhyi,şairə ilham verdilər.
Allah verən o vergidənbir damla da mən götürdüm,Zəmisindən sünbül yığdım,sünbülündən dən götürdüm.
Həyəcanlı ürəyimdənur dənizi dalğalandı,Qısılmadım, basılmadım,meydanımı gen götürdüm.
O sərvəti alan gündənHaqq tərəfə yol gedirəm,Eldən-elə, yoldan-yola,səfdən-səfə yol gedirəm.Dildə zikrim, başda fikrim,ruhda şükrüm qanadlanır,Çatmaq üçün ən müqəddəsbir şərəfə, yol gedirəm.
Məkkə gördüm, Kəbə gördüm,Kəbədəki daşı gördüm,Qara daşın yaddaşındasaya gəlməz yaşı gördüm.Yaradana qul olanımüdrik insan, kamil ustad,Yaranışa xor baxanıngözlərində çaşı gördüm.
Qədimlərdə PeyğəmbərəƏbu Ləhəb atan daşıGözümüzün qabağındayenə atır nadan, naşı.Ləkələmək istədilərGünəş boyda həqiqəti,Ancaq ləkə götürmədihəqiqətin daş yaddaşıl
Bir tərəfdə sevgi, barış,bir tərəfdə kin yaşadı,Məhəbbətə tapınanlaryüz yaşadı, min yaşadı.
İslam adlı ucalığıqadağalar yıxammadı,Ən şərəfsiz kafir öldü,ən şərəfli din yaşadı.
Haqq nuruna çatmaq üçünbu eşqimi göyə yazdım,Nadanlığı döymək üçünhaqqı öyə-öyə yazdım.Arxalandım AllahımaPeyğəmbərlə görüşməkçün,Çağırdım qadir Allahı,“Allahl” deyə-deyə yazdım.
Bu, qismətdi, Peyğəmbərəayə kimi gələn qismət,Sahibinə yetişəndə“şükür” deyib gülən qismət.Ağzındakı son tikəni,dilindəki son kəlməniArzularla, diləklərlə,insanlarla bölən qismət.
Quran ali bir nemətdi,Peyğəmbərə qismət olub,Mən yazdığım “Peyğəmbər”di,o da qismət, bu da qismət.Hökmü Haqdan verilməsə,bəndə bir iş görə bilməz,Udduğumuz bu hava da,içdiyimiz su da qismət.
Üzünü Allaha tutannigaranlıq keçirməsin,Haqq aşiqi olanlarınsorağı cənnətdən gələr.
Döşünə döyməsin insan,hər alnın öz yazısı var,Nə getsə qismətdən gedər,nə gəlsə qismətdən gələr.Ey Yaradanl İltimas et,bu qismətə şükür deyim,
Harda olsam, hara varsam,ordan gələn səs qismətim,Nə bulaqdı, nə şəlalə,nə çaydı, nə coşan dəniz,Eşitdiyim ünlərə bax,sükut dostum, pəs qismətiml
Külüngünü tutan tutdu,qayasını çapan çapdı,Dünyasını bir gözəlindünyasında gedib tapdı.Mənə qalan bir qələmdi,bir ilhamdı, bir kitabdı,Yaradanım nə veribsə,mənə bəsdir, bəs qismətim.
Quş budağa, ağac kökə,arılar şana bağlandı,Can cana körpülər saldı,cahan cahana bağlandı.Şükür Haqqın qismətinə,gəldi Qurana bağlandı,Mənim ulu, mənim uca,mənim müqəddəs qismətiml
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-peygembere-uca-vehyi-saire-ilham-verdiler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Od olub Günəşdə, Ayda yaşayar,Su olub dənizdə, çayda yaşayar,
Nolaydı, sən məni başa düşəydinYenə hisslərimin kövrək çağıdı,Düşüncəm qəlbimlə qəm ortağıdı.
Deyimlərİki ömür verilmir təbiətdə heç kəsə,Səadətdir bir ömrü şərəflə başa vurmaq.
BayatılarDillən bayatım mənim,Ömrüm, həyatım mənim.
Başqa şairlərin şeirləri · İlahi eşq
Bilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
آن ماه مسافر سفری کرد ز کرمان«الله معک » گفت همه جان کریمان
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur
Tanrı türkü qorusunEramızdan yüz illərlə əvvəllərdən Türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv ay çəkməyiblər. Bütöv ay – bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məs: Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar. İnşallah!