Nolaydı, sən məni başa düşəydin
Yenə hisslərimin kövrək çağıdı,Düşüncəm qəlbimlə qəm ortağıdı.Var olan dünyada mən də varammı?Bədbəxt bir kəsəmmi, bəxtiyarammı?Həyatdan, ömürdən tələbim nədir?Belə yaşamaqda mətləbim nədir?Cavab gəzməyəndə bu suallara,Ruhuma toxundun, qəlbimə dəydin...Nolaydı, sən məni başa düşəydin!
Dünyada insanı duymaqdan böyük,Gözəllik, səadət tanımıram mən.İnsanda insana hörmətdən böyük,Bir qayda, bir adət tanımıram mən.Niyə təmizliyə Allahım dedim?Niyə gözəlliyə pənahım dedim?Kim mənə neməttək verdi bunları?Niyə əzizlədim bu qanunları?Fikrin yan keçəndə bu duyğulardanBöyük vüqarımı sındırdın, əydin,Nolaydı, sən məni başa düşəydin!
Bəlkə də çatardım çox arzulara,Ürəkdə nisgilin azı qalardı.Ruhumun üstündə köklənə bilsən,Dünyam bu dünyadan razı qalardı.Nə dərdim olardı ömür yolunda,Payıma düşsəydi bu qismət mənim.Yüz deyil, bəlkə də min yaşayardımEşqimi qırmazdı bu həsrət mənim.Elə yüksələrdim o yüksəkliyə,Yetişə bilməzdi nə tanrı, nə din,Nolaydı, sən məni başa düşəydin!
Baş vurdum həmişə ucalıqlara,Göz nura can atdı, ürək saflığa.Axar çaya baxdım, qaynar bulağa,Könül vurğun oldu bu şəffaflığa.Elə durulmuşam, tufan qopsa da,Bu saflıq, duruluq bulanan deyil.Xeyir Günəş kimi başım üstədir,Şər gəlib dövrəmdə dolanan deyil.Yel olub yanımdan keçə bilmədiNə qeybət, nə həsəd, nə nifrət, nə kin,Nolaydı, sən məni başa düşəydin!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-nolaydi-sen-meni-basa-duseydin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məni duyanlar, məni sevənlər,Ömrüm bağçasında bahar-yazsınız.
Allahdan gəlirŞeir var xoş sözdən, xoş bir baxışdan,Şeir var nifrətdən, qəzəbdən doğur.
Mən çəkəni qələm bilməzSözlər mənim çiçəyimdi,Balımı sözdən çəkmişəm.
Hünəri çatmazNeçə ağır sınaqdan,imtahandan çıxmışam,
Başqa şairlərin şeirləri
Düşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.
Yadıma düşdüŞanlı məktubunu oxuyanda mən,Çalmalı dağları yadıma düşdü.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.