Düşər könlüm, əzizim, qanə sənsiz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Düşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.
Səninlə duzəxin narına yannam,Behiştdə baxmazam qılmanə sənsiz.
Edən abad memari-vüsalınOlubdur hicrdə viranə sənsiz.
Müsəddər bəzmi-vəslində olan dilNeçün hicran çölündə yanə sənsiz?!
Gülüstani-vüsalə həsrət oldum,Dönüb aləm mənə zindanə sənsiz.
Ənis olmuşdu dil ol şəmi-qəddə,Yanar, billah, necə pərvanə sənsiz.
Nə sənsiz qəm əyağına əl urram,Nə də nuş eylərəm peymanə sənsiz.
Olur bərhəm, pərişan qanə dönmüş,Könül zülfə çəkəndə şanə sənsiz.
Dilimdə zikrsən, könlümdə fikrim,İki aləm dəxi əfsanə sənsiz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kəminə, ey hərifi-bimürüvvət,Ola, qorxum budur, divanə sənsiz.
Kitabxana.az · https://kitabxana.az/works/kemine-duser-konlum-ezizim-qane-sensiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.
Başqa şairlərin şeirləri · Hicran
Mən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Sənmisən, ey mahsurət, cənnətin eynində hurSənmisən, ey mahsurət, cənnətin eynində hur,Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
ما در به روی خلق فرو بستهایم بازدر شاهد خیال تو پیوستهایم باز
دیوانه خموش به عاقل برابرستدریای آرمیده به ساحل برابرست