Mən çəkəni qələm bilməz
Sözlər mənim çiçəyimdi,Balımı sözdən çəkmişəm.İşığımı, alovumu,Sözdəki közdən çəkmişəm.
Min dağı, min dərəsi var,Uçurumu, bərəsi var.Sözün nə ki şirəsi var,Baxışdan, gözdən çəkmişəm.
Yarım bilməz, Lələm bilməz,İçim bilər, aləm bilməz.Mən çəkəni qələm bilməz,Nə çəkdimsə, mən çəkmişəm.
2004, oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-men-cekeni-qelem-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azadlıq.
Gözümü açandan başımın üstə,Qadağa görmüşəm, qapaz görmüşəm.
Görə bilirsənsəVarlığa yox demə, yoxda varı gör,Çeşmə var, çəmən var, gül var, çiçək var.
Oğul böyükdürsə, yük də böyükdüQışın oğlan çağı gəldim dünyaya,Anamın gözünün ilki mən oldum.
Qürbətdən Vətən olmaz!Tehran cənnətə dönsə,Yaddan çıxmaz Qarabağ.