Sən tələsmədin
Səməd Vurğuna
Qoy nəğmə deməyə bülbül tələssin,Gəzdiyi, gördüyü üç aydır, şair.Sənin ki, kükrəyən ilhamın, səsinMəcraya sığmayan bir çaydır, şair.
Könlü qar gəzənlər tələssin dağa,Dağın tələsməsi, məncə, əbəsdir.Dənizlər can atsın ümman olmağa,Ümmanın öz suyu özünə bəsdir...
Qəlbin od gəzmədi şaxta kəsəndə,Söylədin hər fəslin öz aləmi var.Dedin, tələssən də, tələsməsən dəYenə öz vaxtında gələcək bahar.
Gah oldu oylağın Göyəzən dağı,Sözünlə açıldı ayın qabağı.Əsil bayramını bayramqabağı –Elədi görəndə gözəllər səni.
Sazına Vaqifin səsimi gəldi,Səsindən baharın nəsimi gəldi.Alqışa Füzuli, Nəsimi gəldi,Eşqə gətirəndə qəzəllər səni.
Gah sinən Kür oldu Kür qırağında,Qafqazla tən durdun Qafqaz dağında.Muğandan qayıdıb iş otağında«Muğan»ı yazanda tələsmədin sən.
Tələsən atlılar yolda qalacaq,Aramla gedənlər çox getdi ancaq.Görməyə tələsdi səni bağça-bağ,Bənövşə üzəndə tələsmədin sən.
Sənətin ağ günü üzünə düşdü,Ellər söhbətinə, sözünə düşdü.Ceyranlar mələşib izinə düşdü,Ceyranı gəzəndə tələsmədin sən.
Bu gün əlli yaşa qoyursan qədəm,Mənalı keçərsə yaş, keçsin, nə qəm...Bir vaxt da gələcək, deyəcək qələm:Ömrünün yüzündə tələsmədin sən.
12 may 1956
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-sen-telesmedin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ana yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.
Şuşada bir gecəBu gecə gecənin son qatındayam,Bu gecə bir qəndil qanadındayam.
Oxuyan Təbriz(Aşıq Hüseyn Cavanla İstisu*yaylaqlarında görüşümüzdən təəssürat)*
Dağ çayına oxunmuş məktubRəsul Həmzətova*Bu torpağın adətidir min ildən bəri:
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Badamlı kəndindən bir az kənarda,“Qara yal” dağları deyilən yer var.
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
Yardən bir dəm cüdalıq ixtiyar etmək nolurYardən bir dəm cüdalıq ixtiyar etmək nolur,İxtiyar olsa kişinin tərki-yar etmək nolur.
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.