“Badamlı”
Badamlı kəndindən bir az kənarda,“Qara yal” dağları deyilən yer var.“Pətəkli quzeydə” yayda, baharda,Başında saxlayır nübar üçün qar.
Axır “Şada çayı” dağlar dibindən,Bir az yuxarısa sıx meşəlikdir.Gəzirəm bu yeri qarış-qarış mən,Nə kövşən, nə də ki, süpürgəlikdir.
Əlvan gül-çiçəklə doludur hər yan,Bu kəklik otudur, bu isə çaşır.Yayır öz ətrini nanə, gül, yovşan,Arılar güllərdən-gülə daraşır...
Elə bu yerdəsə qaynayır hər an,Elin ad verdiyi bir “Sonsuz quyu”.Narzan suyu kimi qiymətli olan,Bizim Naxçıvanın “Badamlı suyu”.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-badamli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Söndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Nəvəm LaləyəLaləsiz bağrı yanıqBir yetimi-zarəm mən.