Bu gecə gecənin son qatındayam,Bu gecə bir qəndil qanadındayam.Sağımda bir dərə – qara hörükdür,Solumda bir dərə – qara hörükdür.Dövrəmdə buludlar bölük-bölükdür.Dünyanın damına çıxmışam, nədi?Dünya qaranlığı harda gizlədib?Dünya toranlığı harda gizlədib?Gecə ağ yağışda durulanıbdı,Gecə dağ mehində qurulanıbdı,Daranıb, bələnib işıqlarına,Taxıb qarmağını göy tağlarınaBir çilçıraq şəhər,bir qəndil şəhər,Hər evi bir qızıl qərənfil şəhər.Uzaqdan: bir ulduz topası kimigöy üzündədi.Yaxından: bir qaya lampası kimiyer üstündədi.Gecənin qoynunda yanır dağ şəhər,Fəzadan asılı, çilçıraq şəhər.Dağlar öz ovcunda yandırıb onu,Ulduzlar qoynuna qaldırıb onuBu dağlar vüqarı, bu dağlar gücü,Bu gecə kəşf etdim bir Şuşa bürcüBir Şuşa bürcü, tamaşa bürcü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri