Qonşuda ağlayan bir uşaqYuxuma daş atdıbu gecə.Fikrimdə qəribəduyğular oyatdı bu gecə.Özüyçün ağlayır indi o,Gör necə xoşbaxtdı:Ata da oyaqdı,Ana da oyaqdı!Dərdini qapmağa müntəzirİki qəlb –ayaq üstdə əsir...Bəs sabah, görəsən,bəs sabahBöyüyüb ağlasa o uşaq?Onun göz yaşınaqonşu olan tapılacaqmı?Onun el dərdinə qoşulantapılacaqmı?Yoxsa ki, ona da mənimtəkBir macal deyəcək:– Hayla, bala, hayla...– Ay usta, Pirqulu əminin xışıİlişib daşa,

Qoy qaçaq yapışaq...– Hayla, bala, hayla!El üçün ağlayan gözsüz qalar...Sıxıram bu sözü ovcuma,Dağılır əlimdən, tökülür şuma.Bir dəni düşübqalır yaddaşımda...Bir uçqun başındaAğlayıram bir gün:hi, hi...Özünü yetirirMəşədi İbrahim.– Nədi, bala, nədi;Nə vanəvsədi?..– Fatma xalanın bircə inəyi vardı,Onu da sel apardı.– Yüyür naxırı hayla, bala,El üçün ağlayan gözsüz qalar...Bir gün də su üçünEnirəm çaya.Baxıram o taya,Görürəm alışıbyanır bir zəmi.Qışqırıq salıram:– Ay əmi, ay əmi,Gəl, gəl...– Nə olub, gədə?– Nə olacaq,yanır bax!Başıma bir selə qapaz,Bir yumruyumruqEhmallı ilişdi...(Bunlardan bir neçə cütü dəəvvəllər dəymişdi...)Oyatdın – əmini, oyatdın!Oyatdın, fikrində bükülübUyumuş qəmini, oyatdın!O vaxtdan gözlərimpis görür, bala.Fəqət sən ağla!Böyüyüb ağlınla ağla!Gözündən ellərə su çəkənərləriUyutmaz nağıllar.Nağıllar dəmindəUyuyan ağıllarHırıltı sevərlər,Hayqırtı sevməzlər.Nə qədər ölməyib,Koroğlunu,Nə qədər itməyib,Qıratı sevməzlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət