Azadlıq.
Gözümü açandan başımın üstə,Qadağa görmüşəm, qapaz görmüşəm.Millət köləlikdə, Vətən qəfəsdə,Böyük azadlığı lap az görmüşəm.
Qanla suvarılıb qəlbin şadlığı,Ümidi sındırıb, eşqi qırıblar.Bütöv görməmişəm mən azadlığı,Bir damla su kimi dadızdırıblar.
Haqqa qovuşdurar haqq deyən kəsi,Azadlıq şamının şöləsi olmaq.Ağırdı kiminsə müstəmləkəsi,Çətindi kiminsə köləsi olmaq.
Nəyimə çatmazdı varım, varlığım,Öz ağlım, öz əlim, öz başım olsa?Hamıya yetərdi bəxtiyarlığım,Öz damım, divarım, öz daşım olsa.
Azadlıq — sözlərin ən müqəddəsi,Dəyəri, qiyməti bahadan baha.Gözümün işığı, qəlbimin səsi,Mən onu əlimdən vermərəm daha.
Qoyaq nöqtəsini həsrətin, yasın,Tanrılar güvənsin bu şadlığıma.Azadlıq heç zaman qurban olmasın,Mən qurban kəsilim azadlığımal
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-azadliq-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meydan bizim, şəhər bizim, yurd bizim,Biz nə küncdə, nə bucaqda görüşdük.
Qan damlatsan, can bitərİstanbulda bizi – bir qrup Azərbaycan ziyalısını “Zaman”*qəzetinin redaksiyasına dəvət etmişdilər. Xalqımızın, torpa -*
GöyqurşağıGözüm gördü, könlüm sevdi, vuruldu,Taxtım-tacım göy üzündə quruldu.
Məkkə yoluBu yol Məkkə yoludu,Bu yol şərəf-şan yolu.
Başqa şairlərin şeirləri · İlahi eşq
کار اعدای تو پریشان باد
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.