Görə bilirsənsə
Varlığa yox demə, yoxda varı gör,Çeşmə var, çəmən var, gül var, çiçək var.Görə bilirsənsə, gül ləçəyindəArı var, nəğmə var, bal var, pətək var.
Bürünüb yaşıla, bələnib zərə,Gözəllik gəlməsin gözə, nəzərə.Bir dağ duruşunda min bir mənzərə,Zirvə var, dərə var, əl var, ətək var.
Nur kimi gözlərə doldu neməti,Dünəndən sabaha yoldu neməti.Ulu Yaradanın boldu neməti,Səni yaşatmağa duz var, çörək var.
Taleyin nədirsə, alnına yazır,Yuvadı — yaradır, məzardı — qazır.Körpə gəlişinə hər şeyi hazır,Beşik var, layla var, süd var, bələk var.
Oxu var — kamana mindirmək üçün,Teli var — dil verib dindirmək üçün.Allahı insana endirmək üçün,Peyğəmbər yanına enən mələk var.
Alar bürkü səni, sərt ayaz səni,Qışda qış oxşayar, yazda yaz səni.Təbiət heç yerdə unutmaz səni,Torpaq var, qəbir var, bel var, kürək var.
İnsanın həmişə işi iş olub,Görən göz, ötən dil, yeyən diş olub.Babamız adında bir keçmiş olub,Nəvəmiz adında bir gələcək var.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gore-bilirsense
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarı xəlvətdə gördüm,*Danışmadım doyunca.*
Biz niyə sevməyək bir-birimiziYer göyü, dağ dağı, daş daşı sevdi,Tanrı naxış vurdu, nəqqaşı sevdi.
SevgiQarın, buzun dövrəsində,Donurdu qışdakı sevgi.
Allah səni Pənahında saxlasınÖmrüm boyu duaçınam, ay gözəl,Allah səni pənahında saxlasın.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Üç Ay keçdi, yoxa çıxdı Eldəbir,İş götürdün sona çatdır işini.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Hiç kim, ya rəb mənim tək didə pürxun olmasınHiç kim, ya rəb mənim tək didə pürxun olmasın,Duzəqi-ümmid sınmış, qərqi-Ceyhun olmasın.
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.