Söhbət baxışların, söz əllərindi
Yarı xəlvətdə gördüm,Danışmadım doyunca.Bayatılardan
Ruhunu titrədən, qəlbini alan,Bir sən, bir istəklin, bir xəlvət otaq.Kimi inandırar bu boyda yalan,Yarı xəlvətdə gör, danışma, ancaq?
Mənası sehrli, mətləbi dərin,Görən kim oxuyub bu bayatını.Güvənib gücünə şux sətirlərin,Nəğməyə döndərib öz həyatını.
Oğlan yazıldısa qızın baxtına,Söhbət baxışların, söz əllərindi.Çıxar məhəbbətin şahlıq taxtına,Sevgi də, gənclik də gözəllərindi.
Tükənmir söhbəti min illər boyu,Görəsən sevənlər nədən danışır.Taxılır nişanı, çalınır toyu,Can yanır, dil susur, bədən danışır.
Duyğular ürəkdə aşıb-daşanda,Dilə nə ehtiyac, göz danışarmış.Dilin vəzifəsi başqalaşanda,Baxışlar ən şirin söz danışarmış!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sohbet-baxislarin-soz-ellerindi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
کوشیدم و دُردِ دَرد تو نوشیدمکردی تو جفا و من فرو پوشیدم