Hazır ol, könül
Sən möhkəm adamsan, özünü şax tut,Əzilib-büzülmək yaraşmaz sənə.Qəmli fikirləri qəmdən uzaq tut,Cərgədən üzülmək yaraşmaz sənə.
Bu dünya belədi, yaratdığınaHəmişə dərd verib, azar verəcək.Dünən beşik verdi uyumaq üçün,Sabah yatmaq üçün məzar verəcək.
Cərrah bıçağına canın öyrəşib,Cəllad qılıncından özünü gözlə.Şöhrətin tacını başına qoydun,Zillətin tacından özünü gözlə.
Birdən xəyalını iblis çaşdırar,Aldanma iblisə, ayıq ol, könül.Böyük şöhrətlərə layiq olmusan,Düşsən, uçuruma da layiq ol, könül.
Sevincə xoş gəldin dediyin kimi,Dərdə də xoş gəldin deməyi bacar.Sevinci bal bilib yediyin kimi,Dərdi də bal kimi yeməyi bacar.
Kədərə qul olma, ağrıya nökər,Şah ol, sərkərdə ol, vəzir ol, könül.Xırda ağrılardı bu gördüklərin,Böyük ağrılara hazır ol, könül.2010, 8 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hazir-ol-konul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ululardan eşitdiyimə, kitablardan oxuduğumagörə, deyirlər Hz. Peyğəmbərimiz Quranı çox ilahi
Əxlaq nuru, din işığıŞübhəsiz, sən böyük bir əxlaq üzərindəsənl(“Nun” və ya “əl-Qələm” surəsi,
Həcərül-əsvədHəcərül-Əsvəd qardan daha bəyaz idi,fəqət müşriklərin günahı onu qaraltdı.
Onu dar ayaqda kim qoruyurdu?(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).
Başqa şairlərin şeirləri
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
MüxbirƏlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi