Həcərül-Əsvəd qardan daha bəyaz idi,fəqət müşriklərin günahı onu qaraltdı.("Hədisi-Şərif”)

Qara daşlQara daşlCahillər qəlbini qırıblar.Vurublar qəlbinəYara, daş)Qara daşlAllaha ağ olanallahsız bəndələrÇəkiblər ruhunuDara, daşlQara daşlYezidin əmriyləmancanaq atıblar,Olmusan üç yerdənPara, daşlQara daşlDərd çəkmə naşının,gədanın əlindən,Ah çəkmə əsilsiznadanın əlindən.Üstünə Adəminəlləri toxunub,İbrahim gözüyləsirlərin oxunub.Məhəmməd əliylədivara qoyulan”,Öpüşlər selindəsinəsi oyulan,Sevilən, seçilənQara daşlQara daşlŞeytana uzaqsan,Allaha yaxınsan,Duyanın qəlbinənurlu bir axınsan.Bu sevgi qoyarmı,bu istək qoyarmıDumanlar, tüstülərSənin gül üzünüSara, daşlQara daşlMüşrikin, kafirinmin lənət goruna,Sən, səni Peyğəmbərgözündə əzizlə.Sən, səni Məhəmməd qəlbindəAra, daşlQara daşl

Daşdan gələn səs:

“Mən cənnətin içində biryaqut idim,Nur saçırdım yerə, göyə.Yaradanın əmri iləsonra dönüb mələk oldum”,Ağ qanadlı quşa dönübözüm boyda ürək oldum.Yer də, göy dəheyran idi uçmağıma,Heyran idiKainatı qucmağıma.

Yaradanın qüdrətiniçatdırmaqçün insanlaraMən baxırdım ürəklərə,ağıllara, vicdanlara.Göyün sirri, yerin sirriməndə idi,Yaradana olanlarıyetirməkçünAradığım insan idi,bəndə idi.Ulu Tanrım hökm eylədi,Quş mələkdəndöndüm yenə daş mələyə.Ulu Tanrı mənimmələk taleyimiTapşırmışdı baş mələyəlƏbu Qubeys dağlarındaqardan bəyaz bir daş oldum,Daş olsam da,Allahımın hər sirrinəsirdaş oldum.Bir gün daşı quş eyləmək,Bir gün quşu daş eyləməkOnun hökmülMələkləri insanlaradoğmaca qardaş eyləməkOnun hökmülİnsanları göy üzünəqaldırmaq da,Mələkləri yer üzünəendirmək də,Qara daşı insan kimidindirmək dəOnun hökmülBir gün oldu, Həzrət Adəmgördü məni,Gətirib öz əlləriyləKəbəmizin divarınahördü mənilMən o gündən bu divardaDaş mələyəm,mələk daşam,Həqiqətin yanındayam,haqq yolunda bir savaşam.Ta Adəmdən MəhəmmədəNeçə-neçə peyğəmbərəəqidədaş, məramdaşamlİnsan oğlulSoruş məndən,niyə belə qaralmısan?Mən ki qardan ağdaş idim.Süd kimi ağ, qardan bəyaz,Sağlam varlıq,sağ daş idim.Qoy utansınYezidin bir fitvasıylaciyərimi yandıranlar,Qoy utansınməni vurub sındıranlarlBütöv idim, parçalandım,Mən parayamlMən parayamlBütövləri sındırana,ürəkləri yandırana,Bir etiraz, bir harayamlQaranəfəs, qaraniyyətinsanların ucbatındanBaxın indi sifətimə,Qapqarayaml!Qapqarayaml11”Bu, bir mələk harayıdı,biz-biz oldu tüküm yenə,Köz-köz oldu budaqlarım,oda döndü köküm yenə.Aman Allah, yer üzündənə qədərmiş günahımız,Bu gedişlə qiyamətdəçətin olar pənahımız.Pis üzlərdə şeytan tükü,dar ürəkdə məkrin odu,Hara baxsan, şər-böhtandı,hara baxsan, dedi-qodu.Neçə-neçə ağ daşlarıqaraldıbdıQara-qara niyyətimizlAllaha yox, şeytanadıqulluğumuz, xidmətimiz.Ah-amanlar, nahaq qanlarmin illərlə uzanırsa,Bu savaşda haqq üzülür,nahaq meydan qazanırsa,Pişiklərin əllərindəboğulursa pələngimiz,Xırdalana-xırdalanaməhv olursa nəhəngimiz,Qırğın, savaş dayanmırsabircə günlük, bircə anlıq,İblislərin pəncəsindədidilirsə müsəlmanlıq,Haqq deyənlər danışıqsızboğazından asılırsa,Xəyanətin meydanındapəhləvanlar basılırsa,Yezid ölüb,Yezidlərin hökmü, gücüvarsa hələ,Ədalətin qulaqlarıkarsa hələ,Buna ağrı çəkən ürək,gözdən axan yaş neyləsin?Üzünü biz qaraltmışıq,Bu dözülməz fəlakətəmələk kimi daş neyləsin,daş adlı mələk neyləsin?Fələk bizlə bacarmırsa,bu çərxi-fələk neyləsin?İmkan versə iblis, şeytan,aman versə nadan, naşı,Dönüb yenə bəyazlaşarKəbəmizin qara daşı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri