Biz niyə sevməyək bir-birimizi
Yer göyü, dağ dağı, daş daşı sevdi,Tanrı naxış vurdu, nəqqaşı sevdi.Göz gözə boylandı, qaş qaşı sevdi,Biz niyə sevməyək bir-birimizi.
Çəmənlər torpağa xalı çəkirsə,Xalıda yaşılı, alı çəkirsə,Arı çiçəklərdən balı çəkirsə,Biz niyə sevməyək bir-birimizi.
Ulduzlar sayrışıb göz vurur Aya,Çeşmələr çağlayıb tökülür çaya.Sevənlər gəlirsə hər gün dünyaya,Biz niyə sevməyək bir-birimizi.
Gül şehdən güc alır, mamır qayadan,Köz oddan qızarır, çiçək həyadan,Süzülüb gəlirsə kökdən, mayadan,Biz niyə sevməyək bir-birimizi.
Ömür göz qırpımı, fürsət azdısa,Könül son nəfəsdə sınan sazdısa,Uçub əlimizdən gedən yazdısa,Biz niyə sevməyək bir-birimizi.
Ömrün həm sevinci, həm ahı varsa,Pərvanə yanğısı, şam ahı varsa,Adəmin cənnətdə tamahı varsa,Biz niyə sevməyək bir-birimizi.
Yağış gözəllərin öpür üzünü,Damla pıçıltıyla deyir sözünü,Şəlalə qayadan atır özünü,Tufan dağı sevir, dalğa dənizi,Biz niyə sevməyək bir-birimizi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-biz-niye-sevmeyek-bir-birimizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Saqi, nə olubdur, məni yade getirməzSaqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd